İran viza rejiminin ləğvi ilə bağlı danışıqlar aparıb
Bizi izləyin

Nida.az

İran viza rejiminin ləğvi ilə bağlı danışıqlar aparıb

"Azərbaycan və İran arasında viza rejiminin ləğvi ilə bağlı danışıqlarımız olub və viza rejiminin ləğvi üçün çalışırıq". Bu sözləri İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi

"Azərbaycan və İran arasında viza rejiminin ləğvi ilə bağlı danışıqlarımız olub və viza rejiminin ləğvi üçün çalışırıq". Bu sözləri İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib. Bu barədə İRNA agentliyi xəbər verir.

İ.Rəhimpur ümid edir ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq.

Nazir müavini deyib ki, İran XİN-də hazırda xüsusi bir qrup İran vətəndaşları üçün digər ölkələrlə viza rejiminin ləğvi məsələsini araşdırır.

Rəhimpur bildirib ki, İran vətəndaşlarının digər qonşu ölkələrə gediş-gəlişini sadələşdirmək rəsmi Tehranın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Qeyd edək ki, İran 2010-cu il fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayıb. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm