Səbuhi Rəhimlidən aprelin 20-nə olan astroloji proqnoz
Bizi izləyin

Daha

Səbuhi Rəhimlidən aprelin 20-nə olan astroloji proqnoz

QOÇ – Təzə xəbərlər yolunuzu gözləyir. Ürəyinizcə olan və gələcəyiniz üçün böyük önəm daşıyan təkliflər də ala bilərsiniz. Bir sözlə, bu təqvim taleyinizdə əsaslı dönüş yarada bilər.

QOÇ – Təzə xəbərlər yolunuzu gözləyir. Ürəyinizcə olan və gələcəyiniz üçün böyük önəm daşıyan təkliflər də ala bilərsiniz. Bir sözlə, bu təqvim taleyinizdə əsaslı dönüş yarada bilər.

BUĞA – Gecə Bakı vaxtı ilə saat 07:55-dən sizin bürc başladığı üçün hamıdan enerjili olacaqsınız. Maliyyə planlarınızın reallaşması sürətlənəcək. Həmkarlarınızla aranızda yaranmış soyuqluğu dəf edin.

ƏKİZLƏR - Maddi problemləriniz olsa da, işlə bağlı heç bir çətinliyiniz olmayacaq. Ulduzlar gələcək planlarınızı məxfi saxlamağı məsləhət görür. Hətta ən yaxın adamlarınıza belə sirr açmayın.

XƏRÇƏNG - Mövcud gərginlikdən qurtulmaq üçün uzaq səfərə çıxmağınız məsləhətdir. Çünki həm fiziki, həm də zehni cəhətdən çox yorulmusunuz. Sevgi münasibətlərində səmimi olun.

ŞİR – Bir çox yeniliklərin şahidi olacaqsınız. Bununla yanaşı, uğurlu sövdələşmələr aparmaq, banklarla işləmək üçün şanslarınız artacaq. Himayənizdəki uşaqların qayğısına qalın.

QIZ - Qarşınızda maraqlı bir təqvim durur. Bu səbəbdən də fürsətinizi fövtə verməyin. Sevdiyiniz adamlarla bir yerdə olun. İşgüzar münasibətlərdə ölçülü-biçili davranmağı da unutmayın.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimi məhəbbət istiqamətinə yönəldin. Çünki gün ərzində ən yüksək ovqatı məhz sevgidən alacaqsınız. Nahardan sonra müəyyən qədər işlə məşğul olmaq olar.

ƏQRƏB – Ətrafınızdakı insanların sizə münasibətinin dəyişməsi işlərinizə hopan gərginliyi azaldacaq. Xüsusən də saat 15-dən sonra şəxsi işlərinizdə irəliləyişlər və şanslar baş verəcək.

OXATAN - Neçə gündən bəri yığılmış gərginliyiniz ümumi ovqatınızı aşağı salacaq. Odur ki, ciddi işlərə girişməyə dəyməz. Səhhətinizi qoruyun. Axşama yaxın maraqlı adamlarla görüşləriniz olmalıdır.

OĞLAQ - Yaxşı olar ki, günün əsas hissəsini mənzil şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, açıq havada olmaq müəyyən qədər uğursuzluq gətirə bilər. Dinə zidd hərəkətlərə yol verməyin.

SUTÖKƏN - Göy qübbəsi yalnız səfərlər üçün uğurlu təqvim yaşayacağınızdan xəbər verir. Doğmalarınıza, yaxınlarınıza baş çəkməyə dəyər. Hətta pulunuz olmasa belə, bir qədər borc götürün.

BALIQLAR - O qədər də uğurlu gün deyil. Bir tərəfdən səhhətinizlə bağlı problemlər, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə anlaşılmazlıqlar ovqatınızı poza bilər. Təmkinli olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm