İstirahət gününə olan - HAVA
Bizi izləyin

Qırmızı.az

İstirahət gününə olan - HAVA

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.



Temperatur gecə 9-14°, gündüz 20-25° isti, Bakıda gecə 11-13°, gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 28° isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava, əsasən, yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacaq.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 4-8°, gündüz 13-18° isti təşkil edəcək.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 28° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm