Dünya
Bu gün Pasxa bayramıdır
Bu gün ortodoks xristian din aləmində Pasxa bayramıdır. Peyğəmbər İsa Məsihi tərəfdarları ötən gün gecə saatlarından başlayaraq bayramı qeyd etməyə başlayıblar. Xristian ölkələri ilə yanaşı, Yaxın Şərqdə - İsraildə, Türkiyə və Misirdə də bayram əhval ruhiyyəsi yüksək olub. İnsanlar kilsələrdə toplaşaraq müxtəlif ayinlər yerinə yetirib və dualar ediblər.
Rusiyada prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və
xanımı Svetlana paytaxt Moskvada müqəddəs İsa kilsəsində dini
ayində iştirak ediblər.
Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən,
İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə
qeyd edilən bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti
olan Böyük Pəhrizdən əvvəlki İsanın Ehtirasının kuliminasiyasıdır.
Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu Şam Yeməyi və ayaq yumanın
anıldığı Müqəddəs Cümə Axşamının, həmçinin, İsanın çarmıxa
çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil
olduğu sonuncu həftəsi Müqəddəs Həftə adlanır. Pasxadan sonra əlli
günlük Estertide və ya Pasxa fəsli adlı dövr başlanır ki, həmin
dövr də Müqəddəs Üçlük Günü ilə başa çatır. /Ans/
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...