Valideynləri olmayan uşaqlar pulsuz təhsil alacaqlar
Bizi izləyin

Qırmızı.az

Valideynləri olmayan uşaqlar pulsuz təhsil alacaqlar

Nazirlər Kabinetinin “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları”nda dəyişikliklər edib.

Nazirlər Kabinetinin “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” və “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları”nda dəyişikliklər edib.

2013-cü il 3 dekabr tarixində Milli Məclis «Təhsil haqqında” qanuna dəyişiklikləri qəbul edib.

Dəyişikliklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində, o cümlədən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

Nazirlər Kabineti də buna müvafiq olaraq bu kateqoriyadan olan uşaqların bakalavriat və magistratura ödənişli təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı «Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” və «Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları”nda müvafiq dəyişikliklər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm