Dünya
Twitter iki türk mikrobloqunu bağlayıb
Twitter şəxsi həyat və şəxsi hüquqların pozulmasında günahlandırılan iki türk mikrobloqunu bağlayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən şənbə günü xəbər verir.
Xatırladaq ki, beş gün əvvəl Twitter nümayəndələri Türkiyə
hakimiyyəti və sosial şəbəkə arasında əməkdaşlıq məsələlərini,
həmçinin öz ofisinin ölkədə açılması imkanını müzakirə etmək üçün
Türkiyəyə gəliblər.
Türkiyənin kommunikasiya naziri Lütfi Əlvanın sözlərinə görə,
danışıqlar uğurla keçib.
O, qeyd edib ki, Twitter Türkiyə məhkəməsi bağlamağı qərara almış
mikrobloqlar barəsində konkret addımlar atacaq.
Türkiyədə martın 1-də Twitter mikrobloqlar şəbəkəsinə giriş
bağlanılıb.
Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu barədə
bəyanatla çıxışından sonra bağlanılıb.
Konstitusiya məhkəməsinin qərarı ilə sayta giriş bərpa olunub.
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?