ABŞ Rusiya ilə sərhəddə qoşun yığır: Müharibə həyəcanı
Bizi izləyin

Digər

ABŞ Rusiya ilə sərhəddə qoşun yığır: Müharibə həyəcanı

ABŞ, Moskva rəhbərliyinin Krımı rus torpağı elan etməsinin ardından bölgədəki hərbi gücünü artırmağa davam edir.

ABŞ, Moskva rəhbərliyinin Krımı rus torpağı elan etməsinin ardından bölgədəki hərbi gücünü artırmağa davam edir.

Publika.az xəbər verir ki, Pentaqon Rusiya ilə sərhədi olan Polşa və Estoniyada hərbi təlimlərə hazırlaşır.

Təxminən 150 ABŞ əsgərinin qatılması gözlənilən hərbi təlimlərin önümüzdəki bir neçə həftə içində baş tutması gözlənilir. İki həftə davam edəcək təlimlərin iki ölkə ilə məhdudlaşmayacağı, Şərqi Avropadakı başqa ölkələrdə də düşünüldüyü bildirilib.

ABŞ bölgədəki hərbi varlığını yalnız dəniz və qurudan deyil havadan da artırır. Amerikan ordusu bu həftə sonu bölgəyə çatması gözlənilən 12 ədəd F- 16 döyüş təyyarəsi və 200-dən çox dəstək qüvvəsi olan əsgəri Polşaya göndərib. Döyüş təyyarələri 31 dekabr tarixinə qədər bölgədə qalacaq. Vaşinqton rəhbərliyi Baltik ölkələrinə isə 10 ədəd F -15 göndərib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm