Cərrahlar bağırsaqlarından 12 qızıl külçəsi çıxardılar
Bizi izləyin

Dünya

Cərrahlar bağırsaqlarından 12 qızıl külçəsi çıxardılar

Hindistanın Yeni Dehli əyalətində cərrahlar şiddətli qarın ağrısı ilə xəstəxanaya gələn 63 yaşındakı adamın bağırsaqlarında 12 dənə kiçik külçəsi qızıl çıxarıblar.

Hindistanın Yeni Dehli əyalətində cərrahlar şiddətli qarın ağrısı ilə xəstəxanaya gələn 63 yaşındakı adamın bağırsaqlarında 12 dənə kiçik külçəsi qızıl çıxarıblar.

Bir iş adamı 33 qramlıq “Qızıl biskvit” olaraq bilinən kiçik qızıl külçələrini Sinqapurda satın alaraq udub. Hindistana daxil olduqdan sonra nəcis yoluyla qızılları çıxarmağı planlaşdıran iş adamının planları alt-üst olub. Belə ki, qızıl külçələri onun bağırsaqlarında qalıb. Çoxlu su içməsi və dərman qəbul etməsi də işinə yaramayıb.

Ağrılara dözməyərək xəstəxanaya gələn sözügedən şəxs şüşə qapağı udduğunu deyib.

Əməliyyat zamanı onun bağarsaqlarından çıxan qızıl külçələri həkimləri şoka salıb. Dərhal polisə və gömrük orqanlarına məlumat verilib.

Gömrük işçiləri 12 kiçik külçə qızılın ümumi dəyərinin 1,2 milyon rupi (təxminən 45 min manat) olduğunu açıqlayıb. İşadamı xəstəxanadan çıxdıqdan sonra həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm