Bakı - Gəncə yolunda ağır qəza: yaralanan var
Bizi izləyin

Qırmızı.az

Bakı - Gəncə yolunda ağır qəza: yaralanan var

Bakı-Gəncə yolunun 293-cü kilometrliyində, Goranboy rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı-Gəncə yolunun 293-cü kilometrliyində, Goranboy rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın FHN-nin rəsmi saytına mərkəzinə istinadən xəbər verir ki, “Kia” markalı minik avtomobili yol ayrıcındakı dirəyə çırpılaraq aşıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Kia” markalı minik avtomobilinin sürücüsü yaralanaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm