Zəncirvari qəza, 5 avtomobil toqquşdu
Bizi izləyin

Qırmızı.az

Zəncirvari qəza, 5 avtomobil toqquşdu

Gecə Bakının Nəsimi rayonunda 5 minik maşının toqquşması ilə nəticələnən qəza baş verib. Avto qəza zamanı Mirzağa Əliyev küçəsi ilə hərəkət edərkən “Toyota” markalı minik maşını yolun sağ tərəfi ilə hərəkət edən “Mercedes” markalı minik maşınını vurub. Da

Gecə Bakının Nəsimi rayonunda 5 minik maşının toqquşması ilə nəticələnən qəza baş verib. Avto qəza zamanı Mirzağa Əliyev küçəsi ilə hərəkət edərkən “Toyota” markalı minik maşını yolun sağ tərəfi ilə hərəkət edən “Mercedes” markalı minik maşınını vurub. Daha sonra “Mercedes” markalı minik maşını prospektin sağ tərəfində dayanan “BMW” və “Hyundai” markalı minik maşınlarına çırpılıb.

“Toyota” markalı avtomobilin sürəti yüksək olduğundan idarə etməni itirən sürcü yolun sol tərəfindəki dəmir arakəsməni qıraraq Şəmsi Bədəlbəyli küçəsinə keçib. Bu dəfə “Toyota”nın zərbəsinə tuş gələn isə başqa bir “Mercedes” markalı minik maşını olub.

Hadisə zamanı xəsarət alan olmayıb. Ətrafda olan şahidlərin sözlərinə görə qəzanı törədən “Toyota”nın sürücüsü hadisə zamanı sərxoş vəziyyətdə olub.

Hadisədən sonra qəzaya səbəb olan sürücü avtomaşının dövlət qeydiyyat nişanlarının da açaraq ərazidən uzaqlaşıb.

Qəza zamanı yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Hadisə yerində olan Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları isə ərazidə araşdırma aparıblar.

Hazırda qəzanı törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində axtarışlar davam etdirilir. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm