Tabloid.az
Dilarə Kazımova Moskvada çıxış edəcək
Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova aprelin 20-də Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edəcək. Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi dördüncü şəhər olacaqdır.
Publika.az xəbər verir ki, gecə Moskvanın “Karlson” restoranının damında keçiriləcəkdir. Bu ilki tədbirdə bir sıra Avropa ölkələrinin Eurovision təmsilçiləri - Firelight (Malta), Teo (Belarus), Valentina Monetta (San-Marino), Kristina Skarlat (Moldova) və Mey Faynqold (İsrail) iştirak edəcəklər. Onlar bu il Rusiyanı “Eurovision”da təmsil edən Tolmaçova bacıları ilə birlikdə çıxış edəcəkdir.
Dilarə gecədə müsabiqə üçün nəzərdə tutulan “Start a Fire” kompozisiyasını və oynaq “Mercy” mahnısını ifa edəcəkdir. Azərbaycanlı müğənni Moskvaya səfər edəcəyinə və Tolmaçova bacıları ilə, həmçinin tanınmış Rusiya müğənnisi Filipp Kirkorovla tanış olacağına çox şaddır.
Moskvada Dilarənin jurnalistlərlə bir neçə görüşü planlaşdırılmışdır. Azərbaycan nümayəndəsi “Moskva-24” telekanalının efirində çıxış edəcək, ən populyar qəzet, jurnal və radiostansiyaların suallarını cavablandıracaq, habelə bir sıra İnternet resurslarına müsahibə verəcəkdir.
Dilarə Moskvadan sonra Gürcüstana və Maltaya gedəcəkdir. Xəbərləri izləyin və Start a Fire mahnısını iTunes və Amazon-da dinləyin.
Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcəkdir.
Cəvahir Səlimqızı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi