“Putin Ukraynanı məhv etmək istəyir, çünki…”
Bizi izləyin

Dünya

“Putin Ukraynanı məhv etmək istəyir, çünki…”

“Putin Ukraynanı məhv etmək istəyir, çünki…”

“Rusiya prezidenti Vladimir Putin rejimi müstəqil Ukraynanı məhv etmək istəyir, çünki ondan qorxur”.

Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Ali Radanın sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov “Ukrayna” telekanalının canlı efirində deyib.

“Məqsəd yalnız Ukrayna ərazisinin bir hissəsini tutmaq deyil. Əsas məqsəd ölkədəki stabilliyi tamamilə pozmaqdır. Ölkənin şərqində, ilk növbədə Donetskdə stabilliyi pozmaq cəhdi bütün Ukraynaya zərbədir”, - Turçinov vurğulayıb.

Ukrayna Ali Radanın sədri Putin rejiminin əsas məqsədinin müstəqil Ukraynanı məhv etmək olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm