Kremlin Jirinoviski və Duqin dili: Millət vəkili təhlükəni açıqladı
Bizi izləyin

Nida.az

Kremlin Jirinoviski və Duqin dili: Millət vəkili təhlükəni açıqladı

Kremlin Jirinoviski və Duqin dili?-millət vəkili təhlükəni açıqladı

“Duqini danışdırmaqla Rusiya Azərbaycana siyasi dillə deyil, intellektual kəsimin dili ilə xəbərdarlıq edir”.
BNu barədə millət vəkili Fazil Mustafa Publika.Az-a açıqlamasında Aleksandr Duqinin Azərbaycanı hədələməsinə münasibət bildirərkən deyib.

Millət vəkili Duqini belə xarakterizə edir: “Duqin Rusiyanın aqressiv siyasətinin ideoloqlarından biridir. Bir mütəxəssis, filosof kimi kifayət qədər normal, sanballı əsərləri var. Onun siyasətin fəlsəfəsi əsəri var. Mükəmməl yanaşma tərzi, üslub, tarixi araşdırma metodologiyası və s. baxımından kifayət qədər sanballı əsərdir. Təbii ki, fikirlərində mübahisəli məqamlar var, amma o fəlsəfi fikirdə mütəxəssis kimi qəbul olunur. Son dövrlər o, daha çox Rusiyanın imperalist siyasətinin genişlənməsinə xidmət edir. Bu baxımdan, onun tezisləri daha çox mətbuatda yer alır”.

F. Mustafa hesab edir ki, Duqinin hədələri Kremlin sifarişidir: “O burda ildırımötürən rolunu üzərinə götürür və Moskvanın fikirlərini çatdırır. Dediklərinin öz düşüncələri olduğunu az ehtimal etmək olar. Moskva hər şeyi Jirinoviskinin ağzı ilə deyəndə siyasiləşir. Amma Duqinin ağzı ilə danışmaq daha real təhlükənin olduğu deməkdir”.

Duqini XXI əsrin Rasputini hesab etmək olar fikri ilə millət vəkili razılaşmır. Onun fikrincə, Rusiyanın bu gün də Rasputinləri var.

“Duqin sırf ziyalı tipajdır. Rasputin isə münəccim modelidir. Bu modeldə bu gün də Moskvanın yanında müəyyən adamlar var. Duqin isə elmi məsələlərlə məşğuldur, amma aqressiv xəttə üstünlük verir və daha çox imperialist baxışını ortaya qoyur”-deyə F. Mustafa qeyd edib.


Qeyd edək ki, Aleksandr Duqin Azərbaycanı Ukraynanı dəstəklədiyi üçün hədələyib və Moskvanın Bakıya qarşı istifadə edə biləcəyi amilləri ortaya qoyub: “Azərbaycanda talış və ləzgi amili mövcuddur. Bundan başqa, Azərbaycanın ciddiliyini təsəvvür etmədiyi Rusiyanın yararlanacağı başqa amillər də var. Rusiyada dost, dialoq, yaxud düşmən dilində danışmaq üçün çox dil var. Unutmamalıdırlar ki, Rusiya təkcə Dağlıq Qarabağ amilindən deyil, başqa amillərdən də istifadə edə bilər”.

Duqin qeyd edib ki, bu gün Rusiya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə zamindir, həmçinin Qarabağa görə də əsas zamin hesab olunur: “Əgər Rusiya bu funksiyadan imtina etsə Ermənistanın və Qarabağın ərazi bütövlüyünə zəmanət verilməyəcək. Rusiya mütənasib dövlətdir və təbii ki, Rusiya ilə qonşu ölkələrin ərazi bütövlüyü onların Moskva ilə mehriban münasibətlərin saxlanılmasından keçir”.
Kremlin ideoloqu iddia edib ki, bu gün ermənilər Rusiya ilə razılaşıb, deməli, Qarabağ da Rusiyanındır.
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsindən qəzəblənənə Duqin Bakının Rusiyaya qarşı çıxdığını bildirib.

“Amma Saakaşvili və Kiyev hakimiyyətinin aqibəti bizə göstərir ki, belə siyasətin sonu nə ilə qurtarır. Əgər Rusiya Azərbaycana qarşı çıxacaqsa- hansı ki, Rusiyaya bədxah münasibət sərgiləyirlər, bunu BMT-də gördük- əlində Dağlıq Qarabağ amilindən savayı istifadə edəcəyi başqa amillər də var. Azərbaycandan fərqli olaraq Ermənistan özünü sadiq dost kimi göstərdi. Biz bunu qiymətləndiririk. Azərbaycan isə bizi gözləmədən satdı, bunu da qiymətləndirirk. Biz susacağıqmı, xeyr. Onlar özünü məhv etmə yolu ilə gedirlər”-deyə Kremlin ideoloqu bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm