Tələbələr çərpələng uçurdular
Bizi izləyin

Qırmızı.az

Tələbələr çərpələng uçurdular

Qafqaz universitetində İngilis dili və ədəbiyyatı fakültəsinin tələbələri maraqlı bir sosial fəaliyyət keçiriblər.

Publika.Az-ın məlumatına görə, tədbirə universitetin rektoru professor Ahmet Saniç də qatılıb. Universitetin dossenti tədbirin təşəbbüskarı və təşkilatçısı Mustafa Gül məlumat verib ki, tədbirin adı "Uçurtma Festifalı" adlandırılıb.

“Tələbələrimiz 43 ədəd ipə bağlanmış neylon lövhə hazırlayıblar və küləyin köməyi ilə havaya uçurdurlar”.

Mustafa müəllim onu da qeyd edib ki, əvvəl tədbir ingilis dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu, amma cazib olduğundan başqa ixtisasda oxuyan tələbələr də qatılıb.

Bu da bizə yeni fikir verir ki, gələcəkdə universitet üzrə bu festivalı təşkil edək. Eyni zamanda xarici və yerli tələbələr öz milli mətbəxlərinə aid yeməklər bişiriblər.

Tələbələr Özbək, Türkmən pilovları, Mozanbik, Türk və milli mətbəxə aid yeməklər, şirniyyatlar süfrəni bəzəmişdilər. Xarici tələbələr həftə sonu yaxınları üçün darıxmamaları üçün belə tədbirlərin keçirilməsini müsbət qarşılayıblar.

Professor Əjdər Ağayev xalqımızın bu oyunu "Çərpələng" adlandırdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm