Qırmızı.az
Əlilliyin müəyyən edilməsi üzrə treyninqlər başlandı
Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, nazirliyin yerli Tibbi-sosial ekspert komissiyalarının (TSEK) yeni proqram təminatı ilə işləmək bacarıqlarına malik olmaları üçün Bakı şəhərində və respublikanın bölgələrində treninqlərə başlanılıb.
Hazırda pilot işləri aparılan yeni proqram təminatı əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrin nəticələri barədə məlumatların TSEK-lər tərəfindən elektron yolla informasiya sisteminə daxil edilməsinə şərait yaradacaq. Vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) da səhiyyə müəssisələri tərəfindən elektron məlumat mübadiləsi sistemi vasitəsilə TSEK-lərə göndərilməsi ilə bağlı tədbirlər görülür.
Yeni yaradılan informasiya sistemi əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsi praktikasına da son qoyacaq. Belə ki, əlillik təyin olunması barədə müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla və operativ şəkildə göndərilməsi təmin olunacaq.
Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına və şəffaflığın təmin olunmasına, eyni zamanda vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun qurulmasına xidmət edir. Qeyd olunan treninqlər yekunlaşdıqdan sonra yeni sistemin tətbiqinə başlanacaq.
Publika.Az
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ