“Park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilsin “
Bizi izləyin

İqtisadi gündəm

“Park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilsin “

“Park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilsin “

Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də Bakıda avtomobillərin park edilməsi və daha doğrusu maşınların yol kənarlarında park olunmasının qadağan ediməsidir.

Təbii ki, tixacların aradan qalıdırlması, eləcə də piyadaların sərbəst hərəkətinin təmin edilməsi baxımda yollardan avtomobillərin yığışdırılması müsbət haldır. Etiraf etmək lazımdır ki, şəhərin mərkəzi küçələrindən avtomobillərin “qeyb olunması” bu zonada tıxac problemini müəyyən qədər yumşalda bilib. Bununla belə, burada digər reallıq da var: iş yerləri şəhərin mərkəzi küçələrində və ya mərkəzə yaxın ərazidə olanlar işə gələn zaman bütün hallarda avtomobilləri park etməlidirlər.

Təbii ki, sual yaranır: harada park etməli?

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.Az-a açıqlamasında bildirdi ki, məsələ yalnız yol nəqliyyatı və ya tıxacla bağlı deyil. Problemin iqtisadi tərəfləri var: “ Problem ondadır ki, şəhərin mərkəzindəki yeraltı avtomobil park yerlərindəki qiymətlər heç əhalinin ödəmə qabiliyyətinə uyğun gəlmir. Əslində, avtomobil park yerlərinin inşasında məqsəd heç də gəlir əldə etmək deyildi. Bakıdakı tixac problemini aradan qaldırmağa töhvə vermək idi. Məhz bu səbəbdən də bu yerlərinin işası əsasən dövlə büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır. Amma yuksək qiymətlər başqa reallığı gündəmə gətirdi: məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri avtomobillərini saxlamaq üçün, demək olar, yeganə seçimdir. İdeal halda əgər şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə və gündəlik iş vaxtı 8 saatdırsa o avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə onun avtomobil park xərci 144 manatadək yüksələcək. Ölkəmizdə orta aylıq əmək haqqının 430 manat olduğunu nəzərə alsaq o zaman avtomobil park xərci maaşın 1/3-ni təşkil edir. Yəni, mərkəzdə işləyən şəxs qazandığı hər 3 manatın 1 manatını avtomobilini park etmək üçün verməlidir. Bu isə kifayət qədər yüksək xərcdir. Müqayisə göstərir ki, şəhərdə avtomobil park xərcləri xeyli yüksəkdir və oradakı qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Bu da təbii ki, həmin yerlərinin inşasının əsas məqsədə, tıxacın aradan qaldırılmasına tam xidmət etmədiyini deməyə əsas verir.

Aydındır ki, biz Bakıdakı avtomobil park qiymətlərini Nyu York, London kimi iri şəhərlərdəki tariflər ilə müqayisə etməməliyik. Məsələ heç də həmin ölkələrdə orta aylıq əmək haqqının yüksək olmasında deyil, eyni zamanda həmin şəhərlərdə ictimai nəqliyyatın daha modern qurulması ilə bağlıdır. Bu özünü eyni zamanda metroda gediş qrafiklərinin olması və ona əməl edilməsindən başlayaraq digər ictimai nəqliyyat növlərinin sivil və intizamlı şəkildə işləməsində göstərir”. İqtisadçı deyir ki, Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehityac var:” Əvvəlla, şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla eknometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hazırdakı ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur. Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu vətəndaşların daha güzəştli şərtlər ilə bu xidmətədən faydalanmasına imkan verəcək”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm