“Ayntraxt”a qalib gələn “Qəbələ” “Fənərbaxça”nı gözləyir
Bizi izləyin

İdman

“Ayntraxt”a qalib gələn “Qəbələ” “Fənərbaxça”nı gözləyir

“Ayntraxt”a qalib gələn “Qəbələ” “Fənərbaxça”nı gözləyir

Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vadafone Beynəlxalq turnirinə uğurlu start verib.

Publika.az xəbər verir ki, turnirin açılış günündə 2 oyun keçirən təmsilçimiz maksimum nəticə qazanıb - 6 xal. "Qəbələ" ilk matçda Kosovanın "Galaksi" kollektivi ilə üz-üzə gəlib. Matç "qırmızı-qaralar"ın 5:1-lik qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə 3 xal qazandıran qollar Samir Qurbanov (3), Məhəmməd Məhərrəmov və Nicat Oruclunun aktivinə yazılıb.

İkinci görüşdə Ülfət Mədətovun yetirmələri qrupun iddialı komandalarından olan "TSC Ayntraxt Dortmund"la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Orxan Abdullayevin qolu həlledici olub.

Komandamız qrupun son matçında bu gün "Fənərbaxça" ilə üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm