Qırmızı.az
Çingiz Abdullayev Gəncəyə gəlir
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi və "Odlar Yurdu" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli yazıçı Çingiz Abdullayev Respublikanın ilk gənclər paytaxtı , Avropanın 2016-cı ildə “Gənclər Paytaxtı” Gəncə şəhərində gənclər ilə görüşəcək.
Yüzlərlə gəncin arzusunda olduğu görüşün keçirilməsində əsas məqsəd gənclərin dünya şöhrətli yazıçıyla görüşünü təşkil etmək, onun tövsiyyələrindən faydalanaraq gənclərin dünyagörüşünün inkişafına zəmin yaratmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməklə maariflənmələrinə münbit şərait yaratmaqdır.
"Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Gəncədə ilk dəfə keçiriləcək görüş Heydər Əliyev Mərkəzində 29 Aprel 2014-cü ildə baş tutacaqdır.
Qeyd edək ki, Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaca məşhur detektiv yazıçısı və publisistdir. 187 dən çox kitabın müəllifi olan yazıçı böyük oxucu kütləsi qazanmışdır.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB