“Donetskdə Rusiyanın “yardımı”na şərait yaradılır” - İddia
Bizi izləyin

Dünya

“Donetskdə Rusiyanın “yardımı”na şərait yaradılır” - İddia

“Donetskdə Rusiyanın “yardımı”na şərait yaradılır” - İddia

“Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında insanların həlak olması “Donetsk Xalq Respublikası”nın provakasiyasının nəticəsidir”.

Publika.Az – ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “Facebook” səhifəsində Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk yazıb.

O, qeyd edib ki, diversiyaların təşkili üçün bir gün əvvəl dörd avtomobil oğurlanıb. Hadisə yerində qalan atomobillərdə isə milliyyətçi “Sağ sektor” təşkilatına aid simvollar tapılıb.

“Bizim məlumatlarımıza görə, bu diversiyalar Ukrayna ərazisinə hərbi müdaxiləyə şəraitin yaradılması üçün Rusiyanın hərbi-siyasi rəhbərliyinin hazırladığı ümumi plan çərçivəsində həyata keçirilib. Bu hadisə özünün müstəqilliyini elan etmiş Donetskin rəhbərliyinin Rusiya qoşununun köməyini tələb etməyə imkan verdi”, - D.Tımçuk yazıb.

Qeyd edək ki, özünü Donetsk vilayətinin Slavyansk şəhərinin meri elan Vyaçeslav Ponomaryov şəhərdə komendant saatı tətbiq edib.

Məlumata görə, komendant saatının tətbiqinə ehtiyac 19 Aprel tarixindən 20-sinə keçən gecə şəhər ətrafında baş verən atışmadan sonra yaranıb. Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, həmin geçə iki silahlı qrup arasında baş verən atışma zamanı Slavyansk şəhərinin bir sakini ölüb, üçü isə yaralanıb.

Rusiyanın bəzi media orqanları atışmada iştirak edən tərəflərdən birinin milliyyətçi “Sağ sektor”un üzvləri olduğunu bildirib. Ukrayna Milli Təhlükəsizlik Şurasından yayılan açıqlamada isə Rusiya KİV-lərində səsləndirilən iddiaların Rusiyanın provokasiyası olduğu bildirilib. Qeyd olunub ki, Rusiya bununla da Ukrayna hakimiyyətinin ölkədəki vəziyyətə nəzarət edə bilmədiyini göstərməyə çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm