Sumqayıtda partlayış baş verdi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda partlayış baş verdi

Sumqayıt şəhər sakininin mənzilində təbii qazın sızmasından partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 07 radələrində Sumqayıt şəhər sakini Qalib Hümbətovun mənzilində təbii qazın sızmasından partlayış baş verib.



Nəticədə mənzilin pəncərə şüşələri sınıb, xəsarət almış Q.Hümbətov xəstəxanaya yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm