Dilarə Kazımova Rusiyadadır
Bizi izləyin

Tabloid.az

Dilarə Kazımova Rusiyadadır

Dilarə Kazımova Rusiyadadır

“Avroviziya 2014” müsabiqəsində Azərbaycanı “Start a Fire” mahnısı ilə təmsil edəcək Dilarə Kazımova təqdimat üçün aprelin 22-də Gürcüstana gedəcək.

“Media forum” saytının məlumatına görə, Dilarə Kazımova Gürcüstanın aparıcı telekanalı olan GPB-də səhər şousunun, digər telekanal və radiostansiyaların qonağı olacaq, qəzet və jurnalların təmsilçiləri ilə görüşəcək.

Azərbaycanlı müğənninin Gürcüstanın “Avroviziya 2014” təmsilçisi Mariko Ebralidze ilə görüşəcəyi və birlikdə müsahibə verəcəkləri də bildirilir.

Dilarə Kazımova hazırda Rusiya paytaxtı Moskvadadır. Bu gün o, “Karlson” restoranında keçiriləcək gecədə Rusiya təmsilçiləri Tolmaçova bacıları ilə birgə çıxış edəcək. Gecəyə Belarusdan Yuri Vaşçuk (Teo), Maltadan “Fireligt” qrupu, San Marinodan Valentina Monetta, Moldovadan Kristina Skarla və İsraildən Mey Feynqold da qatılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm