Nida.az
“Türkiyə və Avropa Birliyi ilə də viza rejimi qaldırılmalıdır”
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin İran İslam Respublikası ilə viza rejiminin aradan qaldırılması məqsədilə aparılan danışıqları müsbət qiymətləndirib və danışıqların sürətləndirilməsini vacib sayıb.
Partiya hesab edir ki, İranla yanaşı Türkiyə, Avropa Birliyinə daxil olan ölkələr, ABŞ və Kanada ilə də viza rejimi aradan qaldırılmalıdır: “Həmin ölkələrlə viza rejiminin aradan qaldırılması Azərbaycanda turizmin inkişafına, eyni zamanda, Azərbaycanın daha da çox tanıdılmasına kömək göstərər”.
İclasın sonunda aprelin 24-də, saat 10:30-da Şəhidlər Xiyabanında xilaskar türk əsgərinin anım gününün qeyd olunması qərara alınıb.
Asif
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır