Bu axşam Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Bu axşam Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırılacaq

Bu axşam Bakıda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əgər hava şəraiti normallaşarsa, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Həsənoğlu küçəsində və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm