Fərziyələrinizi həyata keçirmək üçün nə edə bilərsiniz?
Bizi izləyin

Qırmızı.az

Fərziyələrinizi həyata keçirmək üçün nə edə bilərsiniz?

Maliyyə təşkilatı kimi bilinən Hoxton müəssisəsinin qurucu partnyorlarından olan Hussein Kanji Qafqaz universitetində IEEE Computer Society Azerbaijan Chapter -in təçkilatşılığı ilə "İdeyaların təsnifatı" mövzusunda seminar verib.

Qafqaz Universitetindən Publika.Az-a verilən məlumata görə, seminarın təşkilatcısı IEEE Computer Society Azerbaijan Chapter-in Azərbaycan nümayəndəsi Qafqaz universitetinin dossenti Abzetdin Adamov Hussein Kanjinin Dünyada məhşur olduğunu, onun fikirlərindən hətda inkişaf etmiş dövlətlərində istifadə etdiyini, belə bir şəxsin ölkəmizdə seminar verməsini yüksək qiymətləndirdiyini bildirib.

Seminar əsasən yeni bir şirkət qurmaq istəyirsinizsə hardan başlayacaqsınız? Öz fərziyələrinizi həyata keçirmək üçün nə edə bilərsiniz? Siz necə tərəqqi əldə edirsiniz və əmanətçilərə nümayiş etdirirsiniz? sualları üzrə qurulsada dinləyicilərin əlavə sualları ətrafındada müzakirələr aparılıb.

Dinləyicilər bildiriblər ki, seminarda iştirak onların düşüncələrinə müsbət təsir edir və təçkilatçılara təşəkkür ediblər.

Hussein Kanji əslən Hindistanlı olsada İngiltərədə yaşayır .O həmçinin "Chairman of Eros International Plc" və "Different Capital" adlı ilkin mərhələli investisiya müəssisələrinin müşaviridir. O Birləşmiş Krallığa texnologiya siyasətində yardımçı olmuş və vaxtaşırı olaraq Bloomberg və CNN kanalında çıxışlar edib. O əvvəllər Accel Partners ilə birgə çalışmış və orada internet, maliyyə texnologiyaları və proqram investisiyaları "Open Gamma", Playfish (EA- tərəfindən dəstəklənən) və Dapper (Yahoo tərəfindən dəstəklənən) sahələrində işləyib. Hussein "Accel" təşkilatına "Microsoft" Korporasiyasından gedərək orada strategiya və məhsul menecmenti sahəsində fəaliyyətini davam etdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm