ADU-da müəllim tələbə münasibəti mövzusunda dəyirmi masa keçirilib
Bizi izləyin

Qırmızı.az

ADU-da müəllim tələbə münasibəti mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Psixologiya kafedrasının təşkilatçılığı ilə “Ali məktəbdə akademik mühitin yaradılmasında müəllim-tələbə münasibətlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

ADU İctimaiyyətlə əlaqələr Departamentindən Publika.Az – a verilən məluamata görə, dəyirmi masada Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Müasir fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov, II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Müasir alman dili kafedrasının müdiri, dosent İbrahim Məmmədov, Müəllim Azad Həmkarlar Təşkilatı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Kitabxana İnformasiya Mərkəzinin direktoru Nuranə Tağıyeva, müəllimlər və tələbələr iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Psixologiya kafedrasının təşəbbüsünü yüksək qiymətləndirərək tədbirdə əhəmiyyətli bir mövzunun müzakirə olunacağını bildirib. Ə. Əliyev belə bir dəyirmi masanın ölkə səviyyəsində keçirilməli olduğunu və bununla bağlı Təhsil Nazirliyinə müraciət edilməsinin məqsədəmüvafiq olduğunu vurğulayıb.

Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev “Ali məktəbdə akademik mühitin yaradılmasında müəllim-tələbə münasibətlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. C. Alıyev məruzəsində bildirib ki, sosial-psixoloji iqlim akademik mühitin yaradılmasının əsas şərtlərindən biridir. Sosial-psixoloji mühitin birgə fəaliyyətin səmərəliliyinin artırılmasının əsas yolu olduğunu deyən C. Alıyev müəllim-tələbə münasibətlərinin məzmununa görə formal və qeyri-formal münasibətlərə bölündüyünü diqqətə çatdırıb. Müəllim-tələbə münasibətlərinin inkişaf etdirilməsinin vacibliyinə toxunan kafedra müdiri qetd etdi ki, hər iki tərəf məsuliyyətli olmalıdır. C. Alıyev vurğuladı ki, müəllim-tələbə münasibətlərinin səmərəli olmasının əsasını əməkdaşlıq təşkil edir. Məruzəsində münasibətlərin dinamikasından danışan dosent nöqsanlardan da söz açıb. Məruzəçinin çıxışına münasibətini bildirən Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov Ceyhun Alıyevə belə bir dəyirmi masanın təşkilinə görə minnətdarlığını bildirib. Prorektor D. Yunusov müəllm-tələbə münasibətlərinin dünyada təhsil sahəsində mövcud olan problemlərdən olduğunu vurğulayıb. D. Yunusov akademik mühitin yaranmasında məsuliyyət hissinin, qarşılıqlı ünsiyyətin vacib olduğunu söyləyib.

Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov isə çıxış edərək bildirib ki, müəllimin şəxsiyyətinə hörmət olmalıdır. V. Bəşirov maddi-texniki bazanın, sağlam mühitin akademik mühitin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını qeyd edib. O, bununla yanaşı düzgün qiymətləndirməönin aparılmasının da bu proses təsir göstərdiyini sözlərinə əlavə edib.

Müasir Fransız dili kafedrasının müdiri, professor Bilal İsmayılov məruzəçinin çıxınıa münasibət bildirərək söylədi ki, müəllim – tələbə münasibətlərinin qurulmasında milli dəyərlər də nəzərə alınmalıdır. B. İsmayılov müəllim-tələbə münaaubətlərində qarşılqlı anlaşmanını da mühüm faktor olduğuna diqqət çəkib.

Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə bildirib ki, ali təhsil müəssisələrində müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır.

Müəllim Azad Həmkarlar Təşkilatı Komitəsinin sədri, Psixologiya kafedrasının dosenti Misgər Məmmədov isə çıxışında müəllim-tələbə münasibətlərinin qurulmasından, bu münasibətlərin müasir dövrdə yeni mərhələyə keçməsindən söz açıb. M. Məmmədov bu günün tələbəsi ilə ünsiyyət qurmağın çətinliklərindən danışaraq müəllim-tələbə, tələbə-tələbə münasibətlərinin yeni müstəviyə keçdiyini qeyd edib.

Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov C. Alıyevin məruzəsini yüksək qiymətləndirərək dəyərli çıxışına görə ona minnətdarlığını bildirib.

Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev C. Alıyevin çıxışına münasibət bidlrirərək qeyd etdi ki, məruzəni nəzəri deyil, praktik edilməsi daha məqsədəuyğun olardı. Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev isə müasir dövrdə tələbələrin düşüncə tərzinin, hadisələrə münasibətinin, təhsilə münasibətinin dəyişməlii olduğunun vacibliyini vurğulayıb.

Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva tələbələr adından çıxış edərək bu kimi dəyirmi masalarda tələbələrinin iştirakının təmin olunmaısının zəruri olduğunu bildirib.

Sonda Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev tədbiri yüksək qiymjətləndirərək bu kimi dəyirmi masaların müəllim-tələbə münasibətlərinin inkişafında önəmini qeyd edib. Ə. Əliyev bildirdi ki, dəyirmi masada məruzəçinin materialı daha da təkmilləşdirilərək kafedralara verilməli və müzakirələr aparılmalıdır.

Dəyirmi masa müzakirələrlə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm