“Briliantsız” qalan komanda kimə ümid edir?
Bizi izləyin

İdman

“Briliantsız” qalan komanda kimə ümid edir?

“Briliantsız” qalan komanda kimə ümid edir?

Böyüklərdən ibarət karate üzrə milli komandamız yarışa hazırlaşır. Publika.Az-ın Karate federasiyasının mətbuat xidmətindən aldığı məlumata görə, karateçilərimiz mayın 1-4-də Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatına yola düşəcəklər.

Aprelin 21-də idmançılarımız milli komandaların baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov və köməkçi məşqçi Rəşad Hüseynovla birgə son hazırlıqlara başlayıblar. Həmçinin kata üzrə böyük məşqçi Vahid Ayvazov bir həftəlik təlim-məqşlərdə iştirak edir.

Milli komandamız qitə çempionatına itki ilə yollanır. Belə ki, dünya karatesinin “briliant”ı və komandanın lideri Rəfael Ağayev (-75 kq) zədə səbəbindən yarışda iştirak edə bilməyəcək.

Onu Rafiz Həsənov (-75 kq) əvəz edəcək.

Təlim-məşqlər “Şəfa” İdman Sağlamlıq Mərkəzində təqdim etdiyi yeni zallarda keçirilir. Məşqçilər heyəti 12 idmançıya etimad göstərib. Məcid Əmirov (-60 kq), Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva fərdi kumitedə, Asiman Qurbanlı, Rafiz Həsənov və Tural Ağalarzadə komanda kumite yarışında, Tural Balcanlı isə fərdi kata çıxışında iştirak edəcək.

Qadın karateçilərimiz ilk dəfə komanda yarışlarına çıxacaqlar.

Qeyd edək ki, aprelin 29-da Finlandiyaya yola düşən Azərbaycan idmançıları mayın 6-da vətənə dönəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm