Alimlərdən ŞOK xəbərdarlıq: İstanbul sular altında qalacaq
Bizi izləyin

Digər

Alimlərdən ŞOK xəbərdarlıq: İstanbul sular altında qalacaq

Elm adamları qlobal istiləşmənin davam etməsi durumunda qütblərdəki buzlaqların əriməsi üzündən 2100-ci ilə qədər dəniz səviyyəsində 80 metr yüksəlmə olacağını açıqlayıblar.

Elm adamları qlobal istiləşmənin davam etməsi durumunda qütblərdəki buzlaqların əriməsi üzündən 2100-ci ilə qədər dəniz səviyyəsində 80 metr yüksəlmə olacağını açıqlayıblar.

Publika.az xəbər verir ki, Slovakiyalı qrafik dizaynçısı Martin Varqic sular 80 metr yüksəldiyində dünyanın nə vəziyyətdə olacağına dair bir xəritə hazırlayıb.

Deyilən ssenarinin reallaşması durumunda London, Amsterdam və Berlin şəhərləri tamamilə sular altında qalaraq yox olacaq. Avstraliyanın böyük hissəsi də suların altında qalacaq və nəhəng bataqlıqlar ortaya çıxacaq. Cənubi Amerikada isə Amazon meşələri suların altında qalaraq Amazon dənizinə çevriləcək.

Türkiyədə buzlaqların əriməsi durumunda torpaqları suların altında qalacaq ölkələrdəndir. Xüsusilə Mərmərə dənizi yüksələcək və İstanbulun cənub sahilləri sulara qərq olacaq. Bununla yanaşı Qara dəniz və Egey sahillərində də itkilər meydana gələcək.

Elm adamları qlobal istiləşmə davam etsə ciddi dəyişiklər olacağı, qasırğa, tayfun və nəhəng su basqınları kimi fəlakətlərin daha tez-tez və dağıdıcı olacağı haqqında xəbərdarlıq edirlər.

ABŞ Ətraf Qoruma Agentliyinin hazırladığı hesabata görə, ötən əsrdə dəniz səviyyəsi 18 metrə qədər artıb.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm