Tabloid.az
“Forsaj” filminin qəhrəmanı Azərbaycanda - FOTO (YENİLƏNİB)
"Forsaj" filminin "avtoş" qəhrəmanı məşhur aktyor Van Dizel Azərbaycanda olub.
Bu iddianın yayılmasına səbəb aktyorun rəsmi səhifəsində yayılan foto olub.
Belə ki, Van Dizel özünün 72 milyondan çox izləyicisi olan səhifəsində 55 dəqiqə bundan əvvəl bir foto yayımlayıb. Fotonun yuxarı hissəsində azərbaycanca yazı var. Tam görünməyən yazı təxminən belədir: "Ərazidə işləməyə..."
Bu foto azərbaycanlı istifadəçilərin sosial şəbəkədə qızğın müzakirə mövzusuna çevrilib.
Mövzunu gündəmdə saxlayacağıq. /Axar.az/
21:31
Bir saata yaxındır sosial şəbəkələrdə qızğın müzakirə mövzusu olan fotonun orijinalını “Axar.az” əldə edib. Bu foto aktyorun yeni çəkilən “Sürətli və Hirsli” (The Fast and the Furious) filminin kadrlarından biridir.
Şəkil 2013-cü ilin sentyabrında Türkiyə mediasında gündəmə gəlib. Türkiyə mediası əvvəlcə bu sözlərin Türkiyə türkcəsinə olduğunu zənn edirmiş, daha sonra fotonun orijinalının ortaya çıxmasıyla qardaş ölkənin kinomanları xəyal qırıqlığına uğrayıb. Şəkildə yazılanlar açıq-aydın görünür:
“Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin”.
Lakin Van Dizelin Azərbaycana nə vaxt gəlməsi barədə dəqiq heç bir məlumat yoxdur.
Xatırladaq ki, bu filmin 2015-ci ildə ekranlara çıxacağı gözlənir.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL