Ukraynada ABŞ jurnalisti girov götürüldü - FOTO
Bizi izləyin

Dünya

Ukraynada ABŞ jurnalisti girov götürüldü - FOTO

Ukraynanın Slavyansk şəhərinin rusiyapərəst “xalq meri” Vyaçeslav Ponomaryov amerikalı jurnalist Simon Ostrovskini girov götürdüklərini bildirib.

Ukraynanın Slavyansk şəhərinin rusiyapərəst “xalq meri” Vyaçeslav Ponomaryov amerikalı jurnalist Simon Ostrovskini girov götürdüklərini bildirib.


ABŞ və İsrailin vətəndaşı olan Ostrovski Amerikanın “Vice” nəşrinin əməkdaşıdır.

“O, bizim əlimizdədir. Hazırda material üzərində işləyir”, - deyə Vyaçeslav Ponomaryov bildirib.

Bu arada “Vice” nəşri Simon Ostrovskinin əsirlikdə olduğunu təsdiqləyib.

"Biz Ostrovski ilə bağlı vəziyyətdən xəbərdarıq. Dostumuz və bizim həmkarımızın azad olunması üçün çalışırıq", - deyə “Vice” nəşrinin tvitində bildirilir. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm