Sağlam qalmaq üçün yazda bu 10 qidadan yeyin
Bizi izləyin

Sağlamlıq

Sağlam qalmaq üçün yazda bu 10 qidadan yeyin

Qaraciyərin dostu olan ənginarın aparılan araşdırmalar nəticəsində tərkibindəki vitamin və mineral çoxluğu, antitoksin xüsusiyyəti ilə bir çox xəstəlikdə müalicə məqsədilə istifadə edilə biləcəyi aşkar edilib. Yarpaqlarından da qida əlvəsi kimi istifadə e

Ənginar:

Qaraciyərin dostu olan ənginarın aparılan araşdırmalar nəticəsində tərkibindəki vitamin və mineral çoxluğu, antitoksin xüsusiyyəti ilə bir çox xəstəlikdə müalicə məqsədilə istifadə edilə biləcəyi aşkar edilib. Yarpaqlarından da qida əlvəsi kimi istifadə edilir. Ənginar həm də mədə və həzm sistemini dezinfeksiya edici kimi də tanınır. Bundan əlavə, ürək xəstəliklərində, revmatizm, öd kisəsi və qaraciyər xəstəliklərində də faydalıdır.

Noxud:

Zülal, lif və nişasta baxımından zəngindir. Tərkibində A, C və B vitaminləri ilə yanaşı dəmir, kalium və fosfor da var. Noxud bir çox yemək növündə istifadə edilir. Soyuq yeməklər və salatlarımızda da ondan istifadə edə bilirik.

Paxla:

Zülal və vitaminlər baxımından son dərəcə zəngin olan paxlanın dənələri təzəykən yaşıl, quruduqda isə açıq qəhvəyi rəngdə olur. Quru paxla təzə paxlaya görə daha çox faydalıdır. Quru paxlanın 100 qramında təxmini olaraq 25 q zülal, 60 q karbohidrat var. Əlavə olaraq paxlanın tərkibi B1, B2, B6 və K vitaminləri, kalium və maqnezium ilə də olduqca zəngindir.

İspanaq:

Dəmir anbarı kimi tanınan ispanaq ayrıca A, B, C və E vitaminlərindən, maqnezium, fosfor və yod mineralları, zülal baxımından da çox zəngindir. Bu səbəblə bədənin müqavimətini artırır, xüsusilə bahar aylarında yaranan xəstəliklərə qarşı bədəni qoruyur. Sümük və dişləri gücləndirir. Diş çürümələrinə qarşı qoruyucudur. İspanağı salat kimi qəlyənaltılarda da qəbul etmək olar.

Bütün bu faydalarının olmağına baxmayaraq, ispanaq oynaq iltihabı olanlara, böyrək daşı şikayəti olanlara tövsiyə edilmir.

Rozmarin:

Nanə ilə eyni ailədən olan və demək olar ki hər mövsümdə əldə olunan rozmari bitkisi A, B və C vitaminləri baxımından olduqca zəngindir, ayrıca tərkibində yüksək nisbətdə dəmir olduğu üçün dəmir çatışmazlığıyla əlaqədar qansızlıq narahatlığında da istifadə edilə bilər. Rozmarin sous və salatlara xoş bir dad vermək üçün istifadə olunur, ayrıca balıq və ət yeməklərinə də dad və ətir vermək üçün istifadə edilir. İmmunitet sisteminin gücləndirilməsində, mədə xəstəliklərində, həzmsizlik və həzm sisteminin yavaş çalışdığı qəbizlik kimi vəziyyətlərdə, miqren tipli baş ağrılarında faydalı ola bilər. Hətta rozmari yağı əzələ və oynaq ağrılarını yüngülləşdirmək üçün istifadə edilə bilər. Hər zaman olduğu kimi həddindən artıq istifadəsi məsləhət deyil.

Təzə lobya:

Vitamin, mineral və antioksidan baxımından olduqca zəngin bir tərəvəz olduğu üçün xüsusilə mövsümündə həftədə 2 dəfə, xüsusilə günorta yeməyində ətli və ya zeytun yağlı olaraq istifadə edilməsi təklif olunur.Kalorisi aşağı, yağ baxımından yoxsul bir tərəvəz olsa da bol lifli quruluşu səbəbi ilə digər qidaların həzminə köməkçi olduğu və həzm sisteminin daha rahat işləməsini təmin etdiyi üçün ayrıca pis xolesterolun bağırsaqdan sorulmasına maneə törətdiyi üçün faydalı bir qidadır.

Xüsusilə A vitamini cəhətdən zəngindir, dəri və göz sağlamlığı üçün faydalıdır. Ehtiva etdiyi Lutein, zea-xantin və Beta karoten kimi anti oksidant mənbəyi sayəsində bədəndə olan sərbəst radikalların zərərli təsirlərini yox edər, yaşlanmağı gecikdirər və immunitet sistemini gücləndirər.

Qulançar:

Zeytun yağlı yemək, salat və ya şorbalarda istifadə edilir. Xüsusilə Aralıq dənizi ölkələrinin şəfalı bitkilərindəndir.

A, B, C vitaminlərindən başqa, kalsium, maqnezium və dəmir baxımından da zəngindir. Soyuqlama, həzmsizlik və köpün xaric olmasına kömək edər. Eyni zamanda qaraciyər və öd kisəsi üçün də faydalıdır. Lif baxımından zəngindir, tərkibindəki kalsium səbəbi ilə sümükləri gücləndirər.
Qulançar bitkisindən böyrək çatışmazlığı olan xəstələrin bu şəfalı bitkidən istifadə etməsi məsləhətdir.

Brokoli:

A, C, E vitaminlərini və digər vitaminlər, dəmir, mis, kalium və kalsium mineralları baxımından olduqca zəngindir. Salat okimi qaynadılmış, zeytun yağlı yemək və şorbalarda tez-tez istifadə edilə bilər. Əla bir antioksidantdır.

Kök:

Salatlarda, hər cür ət və tərəvəz yeməklərində, əlavə olaraq təzə sıxılmış tərəvəz suyu kimi də istifadə edilə bilər. Yaddaş azlığına qarşı istifadə edilir. Son illərdə Alzheimer, infarkt riski, xroniki baş ağrılarında, dəri və ağciyər xərçənginə qarşı istifadə edilməyə başlanılıb.

Təzə sarımsaq:

Mövsümi epidemiya xəstəliklərdən qoruyucu kimi, təzyiq və xolesterol salıcı, qan durulducu və immunitet sistemini gücləndirici kimi istifadə edilir. Sarımsağın faydaları saymaqla bitirmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm