Heydər Əliyev Mərkəzinə video-mapping installyasiyası həsr edildi
Bizi izləyin

Tabloid.az

Heydər Əliyev Mərkəzinə video-mapping installyasiyası həsr edildi

Heydər Əliyev Mərkəzinin unikal dizaynından ilhamlanan "Hypnotica Visual Performance" komandası bina üçün video-mapping installyasiya yaradıb.

Heydər Əliyev Mərkəzinin unikal dizaynından ilhamlanan "Hypnotica Visual Performance" komandası bina üçün video-mapping installyasiya yaradıb.

"White Sign" installyasiyasının süjeti Qobustan qayaüstü rəsmlər zamanından başlayaraq, bizim günlərə qədər Azərbaycanda müxtəlif incəsənət sahələrinin ən parlaq və əhəmiyyətli anlarına səyahət ideyasından ibarətdir.

Möhtəşəm şounun musiqi müşayiətinin müəllifi tanınmış pianoçu və bəstəkar İsfar Sarabskidir. "White Sign" installyasiyasının müəllifi Cavid Quliyev, 2D rəssam və illüstratoru Aygün Həsənova, rəssamları Ağarəhim İbrahimov, Cavid Quliyev, art direktoru Anfisa Bessonova, texniki direktoru isə Anar Qurbanovdur.

Təşkilati dəstək "Beat Group", texniki dəstək "A+A events", Profi Ltd, posterlərin qrafik dizaynı "FABR!CA agency", çap üzrə dəstək isə "Stamperia Print House" şirkətinə məxsusdur.

Təşkilatlar layihənin həyata keçirilməsində yaratdığı imkana görə Heydər Əliyev Mərkəzinə, göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirir.

Nümayiş 27 aprel saat 22.00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm