Xəstənin mədəsindən bıçaq, qaşıq, şüşə qapağı çıxdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Xəstənin mədəsindən bıçaq, qaşıq, şüşə qapağı çıxdı (FOTO)

Xəstənin mədəsindən bıçaq, qaşıq, şüşə qapağı çıxdı (FOTO)

Türkiyədə xəstəxanaya aparılan xəstənin mədəsindən 15 ədəd müxtəlif əşya əməliyyat yolu ilə çıxarılıb. ANS PRESS-in xəbərinə görə, hadisə Kütahya vilayətində baş verib.


Məlumata görə, rentgen filmi ilə yad cismlər olduğu aşkarlanan xəstənin mədəsindən əməliyyatla 1 bıçaq, 2 çay qaşığı, 4 ədəd dondurma çubuğu, 4 ədəd ağac budağı, 1 ədəd plastik şüşə qapağı, 1 ədəd şirə qamışı, 1 ədəd karandaş və 1 ədəd diyircəkli qələm çıxarılıb.


Təəccübünü gizlətməyən həkim ilk dəfə belə bir mənzərə ilə qarşılaşdığını deyib.

Xəstənin isə psixi vəziyyətinin normal olmadığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm