“Skype” Rusiyada qadağan edilir
Bizi izləyin

Dünya

“Skype” Rusiyada qadağan edilir

Rusiyada qəbul edilmiş yeni qanun layihəsinə görə, istifadəçilər barədə məlumatları Rusiya ərazisində saxlamayan xarici internet-servislər bağlana bilər.


Məlumata görə, “antiterror” qanunu bu gün Rusiya Dövlət Dumasında üçüncü oxunuşda qəbul edilib. Ekspertlərin qiymətləndirilməsinə görə, xarici şirkətlər yeni qanunu yerinə yetirməzlərsə, onların Rusiyada fəaliyyəti dayandırıla bilər.


Yeni qanuna görə, “Gmail” və “YouTube”un sahibi olan “Google” və “Skype”ın sahibi olan “Microsoft”, həmçinin “Facebook” öz istifadəçilərinin yazışmasının Rusiyada yerləşən serverlərdə saxlamalıdırlar. Yəni “Yandeks”, “Mail.ru”, “Rambler” və “VKontakte” kimi davranmalıdırlar./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm