Dövlət katibi Moskvaya xəbərdarlıq etdi: “Qarşıdurma ritorikasını azaldın”
Bizi izləyin

Dünya

Dövlət katibi Moskvaya xəbərdarlıq etdi: “Qarşıdurma ritorikasını azaldın”

Dövlət katibi Moskvaya xəbərdarlıq etdi: “Qarşıdurma ritorikasını azaldın”

ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında Ukrayna böhranı müzakirə olunub.

Publika.Az – ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət katibi rusiyalı həmkarını qarşıdurma ritorikasını azaltmağa çağırıb.

Dövlət katibi həmçinin bildirib ki, Rusiya Ukraynanın cənubi-şərqində inzibati binaları ələ keçirən silahlıları təslim olmağa çağırmalıdır. C.Kerri Cenevrə razılaşmasının icrasında irəliləyişin olmayacağı halda Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyi barədə S.Lavrova xəbərdarlıq edib.

Vaşinqtonun Ukraynaya dəstəyini ifadə etmək üçün bu ölkəyə gələn ABŞ-ın vitse-prezidenti Co Bayden də Rusiyaya qarşı hədələyi bəyanatla çıxış edib. Ukraynanın heç bir zaman Rusiyanın Krıma müdaxiləsini tanımayacağını deyən vitse-preizdent Rusiyanın Krımdan geri çəkilməsi üçün verilən vaxta az qaldığını bildirib.

“Rusiya Krımdan öz ordularını geri çəkməlidir. Daha sonra diplomatik razılaşmalar əsasında konfliktin həll prosesinə başlanılmalıdır. Biz Rusiyanı maskalı insanlara dəstək verməməyə çağırırıq. Artıq verilən vaxta az qalıb”, - Co Bayden deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm