Sabunçuda toyuq rəzaləti - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Sabunçuda toyuq rəzaləti - FOTOLAR

Sabunçuda toyuq rəzaləti - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Sabunçuda qeyri-qanuni fəaliyyət göstərən emal sexində reyd keçirib.

Baytarlıq Xidmətindən publika.az-a verilən məlumata görə, reyd zamanı toyuq ətinin qanunsuz təkrar emal edildiyi, ətin sümükdən çıxarıldığı, baytarlıq-sanitariya qaydalarına uyğun olmayan və lazımi temperatur rejiminə əməl edilmədiyi yerdə saxlandığı aşkarlanıb. Bu məhsulların mənşəyinə dair heç bir sənəd olmayıb.

Hər üç sexin məhsulundan müayinə üçün nümunələr götürülərək, Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində aşkarlanan 300 kq toyuq budu müsadirə olunub. Digər məhsulların saxlanıldığı yerlər möhürlənib, emal sexlərinin fəaliyyəti dayandırılıb və aşkar edilən məhsulların satışı qadağan edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu istiqamətdə reydləri davam etdirməyi nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm