Qırmızı.az
Fəzail Ağamalının oğlu konfrans keçirdi - FOTOLAR
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Ana Vətən Partiyasının (AVP) təşkilatçılığı ilə "Qondarma erməni soyqırımı: reallıqlar və miflər" mövzusunda elmi konfrans keçirilib.
Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən AVP sədrinin müşaviri Qalib Әhmədov bildirib ki, artıq ermənilər özləri dünyada soyqırıma məruz qalmış xalq kimi deyil, soyqırım törətmiş xalq kimi tanınmaqdadır: "Faktlar da göstərir ki, "erməni soyqırımı" özündə heç bir həqiqəti əks etdirmir".
Çıxış edənlər 99 ildir ki, hər il aprel ayının 24-də ermənilər tərfindən qeyd olunan "erməni soyqırımı" hadisələrinin mahiyyətini, tarixi həqiqətləri özündə əks etdirməyən məlumatları, ermənilərin türklərə qarşı xəyanətkar mövqeləri haqqında konfrans iştirakçılarına məlumat veriblər.
Bildirilib ki, ermənilər tarixən bir ərazidən digər əraziyə köç ediblər: "Ermənilərin öz torpaqları olmayıb, onların kökü indiki Yunanıstan ərazisinə təsadüf edir. Ermənilər Qafqaza min illər sonra gəliblər". Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu, Ana Vətən Partiyasının Aparat rəhbəri, partiyanın sədr müavini Elçin Ağamalı da iştirak edir.
Vasif Həsənli
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü