Daha bir azərbaycanlı qadın Suriyaya getdi - Özəl
Bizi izləyin

Nida.az

Daha bir azərbaycanlı qadın Suriyaya getdi - Özəl

Daha bir azərbaycanlı qadın Suriyaya getdi - Özəl

Azərbaycanın Şimal bölgəsindən daha bir qadın Suriyaya gedib.

Publika.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Balakən rayon sakini Lalə adlı qadın Suriyada döyüşən əri Rasim adlı azərbaycanlının arxasınca bu ölkəyə gedib. Mənbə qadının dəqiq soyadını dəqiqləşdirə bilməyib.

“Həmin qadın iki gün öncə evlərinə zəng edib Suriyada olduğunu deyib. Onun əri bir ilə yaxın idi ki, Suriyada “Əl-Nüsra” cəbhəsində Əsədə qarşı döyüşür. Əri xəvaricilərə qoşulandan sonra valideynləri ilə küsülü olub. Qadın da bir ay əvvəl evdən yoxa çıxıb. Qadın telefonla zəng edərək bircə kəlmə Suriyada, ərinin yanında olduğunu deyib”-deyə mənbə bildirib.

Qeyd edək ki, son günlər azərbaycanlı kişilərlə yanaşı qadınlar da Suriyaya “din uğrunda cihad” üçün yollanır.
Konfliktoloq Arif Yunus Publika.Az-a deyib ki, hazırda Suriyada 2, Əfqanıstanda 3 azərbaycanlı qadın vuruşur. Onlar əsasən Şimal bölgəsindəndir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm