Mərdəkanda tutulan oğruların etirafı: "Şeytan əməlidir"
Bizi izləyin

Qırmızı.az

Mərdəkanda tutulan oğruların etirafı: "Şeytan əməlidir"

Bakının Xəzər rayonunun, Mərdəkan qəsəbəsində yarımçıq tiklilərə qənim kəsilən iki şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bu şəxslər tikinti materiallarını hələ təzə inşa olunmaqda olan evlərdən oğurlayaraq satıblar. Maraqlısı isə budur ki, saxlanılanlar öz əməllərini şeytanla bağlayıblar.



32 yaşlı Həsənov Sakit adlı oğrunu peşman edən də dırnaqarası desək, bu sakitliyidir. Törətdiyi oğurluq əməllərilə əldə etdiyi pullarla gündəlik tələbatını qarşılamağa çalışan Sakitin peşmançılığı isə artıq gecdir. Çünki Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində onun barəsində cinayət işi qaldırılıb. Polis özünü heç də sakit aparmayan Sakit Həsənovu tək deyil, bir tanışı ilə bərabər həbs edib.



İlkin dindirmələr zamanı sübut olunub ki, bu, Sakit Həsənovla Vahid Eminovun ilk məhkumluğu olacaq. Belə bir əməli isə onlar tamah və ənənəvi olaraq şeytan əməli adlandırdılar.



Saxlanılan bu iki şəxsin adında neçə belə oğurluq əməlinin olduğunu isə hazırda istintaq araşdırır. Ola bilsin ki, bu siyahı daha da böyüsün./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm