“Qurultay avtomatik təxirə salınacaq” - Müsavat meriyaya vaxt qoydu
Bizi izləyin

Nida.az

“Qurultay avtomatik təxirə salınacaq” - Müsavat meriyaya vaxt qoydu

“Qurultay avtomatik təxirə salınacaq”-Müsavat meriyaya vaxt qoydu

“Bir həftə ərzində meriya müsbət cavab verməsə, qurultay avtomatik təxirə salınacaq”.

Bu barədə Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, qurultaya texniki hazırlıq üçün ən azı bir ay vaxt lazımdır: “Bu gündən hesablasaq qurultay üçün təyin olunan vaxta bir ay müddət qalıb. Bu baxımdan bir həftəyə müsbət cavab verilməsə qurultay avtomatik təxirə salınacaq. Təşkilat Komitəsi bununla bağlı toplaşıb qərar verəcək. Hələ ki, kritik bir həftə var, bunu gözləyirik”.

T. Abbaslı bildirib ki, BŞİH-ni onların sorğusuna cavab vermədiyi üçün məhkəməyə veriblər.

“Biz mayın 24-də qurultay keçirmək istəyimizlə bağlı fevral ayından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Qanuna görə meriya bizə 15 gün ərzində cavab verməli idi. Özümüz partiya olaraq əvvəldən meriyaya müraciət etmişdik. Çünki qurultayın təyin olunduğu gündən ən azı bir aydan çox vaxt lazımdır ki, prosedur qaydalara uyğun texniki və digər məsələlər həll edilsin. Həmçinin bəzi hüquqi məsələlər var ki, qurultay gününün dəqiq bilinməsinə hesablanır. Amma təəssüf ki, bun günə qədər rəsmi cavab verilməyib. Bununla bağlı 1 saylı iqtisadi inzibati məhkəməyə müraciətə olunub. Şikayətimiz yer ayrılmamasından öncə, qanunda göstərilən müddətdə cavab verilməməsi ilə bağlıdır”-deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm