Ermənilərə doqquz dildə mesaj veriləcək
Bizi izləyin

Dünya

Ermənilərə doqquz dildə mesaj veriləcək

Ermənilərə doqquz dildə mesaj veriləcək

Türkiyə Baş Nazirliyin internet saytından erməni məsələsi ilə əlaqədar doqquz dildə sülh mesajı yayımlanacaq.

Publika.Az – ın ”Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, mesajda “ədalətli yaddaş”dan danışılacaq.

“Sabah”ın Baş nazirlikdəki mənbədən əldə etdiyi məlumata görə, 24 Aprel tarixi ilə bağlı veriləcək mesajda “keçmişə hörmət, gələcəyi birgə qurma” çağırışı ediləcək.

24 Aprel tarixi ermənilər tərəfindən hər il “erməni soyqırımı” günü olaraq qeyd olunur. İddialara görə, 1915-ci ildə 1,5 milyon erməni Osmanlı imperiyası tərəfindən qətlə yetirilib. Türkiyə isə iddiaları rədd edir. Ankaranın arxivləri açmaq və 1915-ci il hadisələrinin birgə araşdırılması ilə bağlı çağırışını da Yerevan qəbul etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm