Kliçkoya hücum etdilər – VİDEO+FOTOLAR
Bizi izləyin

İdman

Kliçkoya hücum etdilər – VİDEO+FOTOLAR

Kliçkoya hücum etdilər – VİDEO+FOTOLAR

Amerikalı ağır çəkili boksçu Şennon Briqqs məşhur ukraynalı boksçu Vladimir Kliçkonun Aleks Leapai ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında qalmaqal törədib.

Publika.az xəbər verir ki, konfrans zalına soxulan amerikalı boksçu Kliçkonu onu rəqib kimi seçmədiyinə görə ittiham edib. Futbolkasını cıran boksçu onu Kliçkonun qarşısına atıb və revanş imkanı tələb edib: “Sən əsl çempion deyilsən, xalqın çempionu mənəm”.

Mühafizəçilər Briqqsi çətinliklə sakitləşdiriblər. Vladimir Kliçko baş vermiş insidentə belə münasibət bildirib: “Mən bunu qətiyyən gözləmirdim. Briqqsin gəlişini, onun törətdiyi şounu anlamadım. Hətta onun nə istədiyini belə başa düşmədim. Anlamadım, o bizim mətbuat konfransını pozmaq istəyirdi, yoxsa özünün varlığını göstərmək? Birinici onda alınmadı, ikincidən isə ümumiyyətlə danışmağa dəyməz. Mən Briqqsi sonunçu dəfə Vitali ilə döyüşdə görmüşəm. Həmin döyüşdən sonra o, qospitala yerləşdirilmişdi. Görünür döyülmədən sonra bərpa ola bilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm