Azərbaycana xəyanətdə ittiham olunan ÜAK - dan reaksiya
Bizi izləyin

Nida.az

Azərbaycana xəyanətdə ittiham olunan ÜAK - dan reaksiya

Azərbaycana xəyanətdə ittiham olunan ÜAK-dan reaksiya

"Bizə hansısa kitabın təqdimatı ilə bağlı heç bir dəvət gəlməyib".


Bu barədə Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev Publika.Az-a açıqlamasında onlara qarşı irəli sürülən ittihamlara münasibət bildirərkən deyib.


ÜAK  təmsilçisi bildirib ki, əgər dəvət olunsaydı,  mütləq iştirak edərdilər: "Ən azı nümayəndələrimizdən kimsə orda iştirak edərdi. Biz burda Azərbaycanın maraqları üçün çalışırıq və işimizin bütün mahiyyəti də bununla bağlıdır".


İ. Hacıyev əlavə edib ki, məsələ ilə bağlı daha müfəssəl məlumatı rəhbərlikdən ala bilərik.


Qeyd edək ki, Rusiyada yaşayan həmyerlimiz, Beynəlxalq Münasibətlərin Araşdırmaları Mərkəzinin rəhbəri Sakit Allahverdiyev Azərbaycanın Rusiyadakı səfirliyini və ÜAK-ı Azərbaycana düşmənçilikdə ittiham edib. Bildirib ki,  aprelin 21-də Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun "Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə səyahət ("Дорога на Гюлистан…": Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimi keçirilib: "Rusiya Elmlər Akademiyasının Elm Adamları Mərkəzi Evində keçirilən mərasimdə monoqrafiya haqda məlumat verilib. Əsərdə O. R. Ayrapetova, M. A. Volxonskoqo, V. M. Muxanova "Doroqa na Gülüstan"` kitabını tənqid edir. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edir.

 

Bir rus müəllifinin belə bir elmi əsərlə çıxış etməsi Azərbaycan üçün göydən düşmə bir hadisədir. Amma təəssüf ki, nəinki bu fürsətdən istifadə edildi, heç müəllifə quru sağ ol da deyilmədi. Tədbirdə nə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etdi, nə də Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri. Sanki, bu məsələ 3-5 nəfərdən savayı heç kimi maraqlandır. Bu necə məmurlardır, ictimai təbliğatdır? Bunlar öz vəzifələrini icra etmirlərsə, niyə bu vəzifələrdə otururlar? Bu qədər biganəlik olarmı? Yox, bu biganəlik deyil, xəyanətdir! Belə bir münasibətin başqa adı ola bilməz. Hətta dostlardan bir nəfər Azərbaycanın Rusiyadakı Səfirliyinə telefonla zəng etdi. Ona cavab verdilər ki, səfir şəxsən tapşırıb bu tədbirdə səfirliyin işçilərindən heç kim iştirak etməsin. Ya rəbbim, görəsən, bu artistlər nə zaman siyasətçi olacaqlar? Bəs Konqres niyə iştirak etmir?".   


Məsələ ilə bağlı səfirliyin də mövqeyini öyrənməyə çalışacağıq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm