“ABŞ Ukrayna böhranının dirijorudur”
Bizi izləyin

Dünya

“ABŞ Ukrayna böhranının dirijorudur”

“ABŞ Ukrayna böhranının dirijorudur”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Ukrayna böhranının dirijoru adlandırıb.

Publika.Az – ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya xarici siyasət idarəsinin başçısı ABŞ indiki Ukrayna hakimiyyətinin hərəkətlərinə birbaşa təsir etdiyini bildirib.

“Ukrayna hakimiyyəti ölkənin şərqində antiterror adlandırdığı əməliyyatların dayandırıldığını elan etdilər. ABŞ vitse-prezidenti Co Baydenin Kiyevə səfərindən sonra bu əməliyyatlar yenidən aktiv mərhələyə keçirildi. Yəni, amerikalıların bu şouya dirijorluq etdiyini demək üçün bütün əsaslar var”, - S.Lavrov söyləyib.

Qeyd edək ki, Vaşinqtonun Ukraynaya dəstəyini ifadə etmək üçün bu ölkəyə gələn ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyaya qarşı hədələyi bəyanatla çıxış edib. Ukraynanın heç bir zaman Rusiyanın Krıma müdaxiləsini tanımayacağını deyən vitse-prezident Rusiyanın Krımdan geri çəkilməsi üçün verilən vaxta az qaldığını bildirib.

“Rusiya Krımdan öz ordularını geri çəkməlidir. Daha sonra diplomatik razılaşmalar əsasında konfliktin həll prosesinə başlanılmalıdır. Biz Rusiyanı maskalı insanlara dəstək verməməyə çağırırıq. Artıq verilən vaxta az qalıb”, - Co Bayden deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm