"Xocalı soyqırımı onların iç üzünü açıb ortaya qoydu”
Bizi izləyin

Qırmızı.az

"Xocalı soyqırımı onların iç üzünü açıb ortaya qoydu”

Ceyhun Ələkbərov: "Xocalı soyqırımı onların iç üzünü açıb ortaya qoydu”

Həmişə olduğu kimi, bu dəfə də 24 aprel dünya ermənilərinin qondarma soyqırım aksiyası fiaskoya uğrayacaq.Ermənilər qəbul etməlidirlər ki, öz yalanları ilə dünya ictimaiyyətini aldada bilməyəcəklər" 

 

Bu sözləri "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov 24 aprel saxta erməni soyqırımı ilə bağlı fikirlərini bölüşərkən bildirib: "XX əsrin əvvəllərində ermənilərin Anadolu, Quzey və Güney Azərbaycanda törətdikləri soyqırım aktları bağlı ortaya çıxan faktlar, bu bölgədə tapılan toplu məzarlıqlar, onların ideoloji təbliğat strategiyasını alt-üst edir. Əslində, soyqırıma türklərin məruz qaldığı ortaya çıxır. Bu gün bu yerlərdə hələ də açılmayan toplu məzarlıqlar var. Hər bir belə məzarlıqların altında erməni cinayətləri ilə dolu acı tarix yatır. Təkcə, 1992-ci ilin fevral ayının 26-sında gerçəkləşdirilən Xocalı soyqırımı onların iç üzünü açıb ortaya qoydu. Halbuki illərlə əsl simalarını gizlədən və dünyada formalaşdırdıqları yalan ssenariləri ilə zaman-zaman fikirlərə təsir göstərməyə çalışan erməni şovinizmi, müasir dünyada həyata keçirdikləri Xocalı soyqırımı ilə yeni dünya tarixinin səhifələrində insanlıq adına qara ləkə kimi qalacaqlar.

 

Bu gün Ermənistan və erməni lobbisinin uydurma yalanlarını yaymağa çalışırlar. Özünü "qlobal" güc adlandıran ermənilərlə bu bölgədə məqsədli projelər həyata keçirmək istəyən dövlətlər, gün gələcək ki, ermənilərin nə qədər xəyanətkar bir ünsür olduğunu görəcəklər və tarix qarşısında utanc duyacaqlar. Xatırladım ki, onlar yalan və iftiraya söykənən fəaliyyətindən aslı olmayaraq, törətdikləri Xocalı soyqırımı cinayətlərindən qaça bilmirlər. Üstəlik, təkcə ermənilərin təbliğatı yüz illədir ki, Türkiyə və Azərbaycanın yox, bütün türk dünyasının əleyhinə yönəlib. Türk dövlətləri və türk dünyası bu məsələdə ayıq sayıq olmalı və birgə mübarizə modelini ortaya qoymalıdır".

 

Təşkilat sədri saxta erməni soyqırımına qarşı mübarizə istiqaməti ilə bağlı bir sıra təkliflər verib: "Bu gün hər bir Xocalı sakini başına gələn faciələr barədə danışmalı və fəallıq göstərməlidirlər. Eyni zamanda Xocalı hadisəsinin canlı şahidlərinin xarici mətbuatda fikirlərinin yayımlanmasını nail olmalıyıq ki, nəticədə həqiqətlər ortaya çıxsın və beynəlxalq arenanın erməni lobbisinə qarşı ciddi təsir göstərməsinə nail ola bilək. Çünki bizim söyləyəcəyimiz həqiqətlərin altında böyük acı faciələr və gerçək faktlar yaşanır. Gözlərimizin qarşısında erməni əsgərləri uşaq, yaşlı, qadın demədən insanları vəhşicəsinə qətlə yetiriblər. Bu acı faktdan Ermənistan dövlətinin və lobbi təşkilatlarının qaçması qeyri-mümkündür".

 

Elnur Eltürk

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm