Türkiyə hərbi texnikası Suriyaya girdi
Bizi izləyin

Dünya

Türkiyə hərbi texnikası Suriyaya girdi

Türkiyə hərbi texnikası Suriyaya girdi

Türkiyə Silahlı Qüvvələri Suriyadakı Süleyman Şah türbəsinə çoxlu sayda zirehli texnika göndərib.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə iddia "İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasına yaxın “Twitter” səhifələrində irəli sürülüb.

Xəbərdə Türkiyə Silahlı Qüvvələrinə 6 tank və 12 zirehli vasitəsi ilə yüzlərlə hərbçinin İŞİD-in mövqelərinin 200 metr məsafədə yerləşdirildiyi, İŞİD-in də əraziyə əlavə qüvvələr toplamağa başladığı bildirilir.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı jurnalistlərin sualına cavab olaraq məsələnin İŞİD-lə olmadığını deyib. Baş nazir Süleyman Şah türbəsinə yardım aparıldığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm