FHN İçərişəhərdə təlim keçdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

FHN İçərişəhərdə təlim keçdi - FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirilib.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimin məqsədi fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət və əməliyyat planlarının reallığının yoxlanılması, şəxsi heyətin birgə fəaliyyət sahəsində bacarıqlarının daha da artırılmasından ibarət olub. Təlimə nazirliyin Aparatının müvafiq struktur bölmələri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Mülki müdafiə qoşunlarının mütəxəssisləri cəlb olunub. Eyni zamanda, təlimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri iştirak edib.

Təlimə cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunması məqsədi ilə şərti hadisə yerində əməliyyat qərargahı təşkil olunub. İki mərhələdə keçirilən təlimin birinci mərhələsində şərti olaraq baş vermiş zəlzələ nəticəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yaranmış vəziyyət qiymətləndirilib, yanğın hadisəsi zamanı insanların xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.

İkinci mərhələdə isə yanğın hadisəsinin səbəblərinin araşdırılması məqsədi ilə mütəxəssislərin iştirakı ilə təhqiqat işləri aparılıb. Tədbir fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatmışdır.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Publika.AZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm