Bir insanlıq ayıbı!
Bizi izləyin

Digər

Bir insanlıq ayıbı!

Türkiyədə, Antaliyanın Kaş bölgəsindəki meyvə-tərəvəz qablaşdırma sexində işləyən 13 yaşındakı Suriyalı qaçqın qız qaçırılaraq təcavüz edilib.

Türkiyədə, Antaliyanın Kaş bölgəsindəki meyvə-tərəvəz qablaşdırma zavodunda işləyən 13 yaşındakı Suriyalı qaçqın qız qaçırılıb. Daha sonra isə ona təcavüz edilib.

Publika.az xəbər verir ki, ölkəsindəki vətəndaş müharibəsindən canını qurtararaq ailəsi ilə Türkiyəyə sığınan qız dolanışıq üçün Kaşın Kınık məhəlləsindəki sözügedən zavodda işə başlayıb. Lakin qız aprelin 16-da işdən evə dönməyib. Ailəsi dərhal polisə xəbər verib. Uzun axtarışdan sonra balaca qız məhəllədəki xalça sexinin həyətində huşsuz durumda tapılıb. Dərhal xəstəxanaya aparılan qızın təcavüzə məruz qaldığı ortaya çıxıb. Hazırda şok vəziyyətində olduğundan ifadəsini almaq mümükün olmayıb.

Polis araşdırmalar nəticəsində 13 yaşlı qıza təcavüz edən 39 yaşlı şəxsi saxlayıb. O, məhkəmənin qərarı ilə həbs edilib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm