Bakıda azyaşlı uşaq yanan mənzildə qaldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda azyaşlı uşaq yanan mənzildə qaldı - FOTO

Bakının Nərimanov rayonununda yanğın baş verib. Atatürk prospektində yerləşən yaşayış binasının ikinci mərtəbəsindəki evdə baş vermiş yanğın zamanı bir nəfər xəsarət alıb.

Hadisə şahidləri yanğın barədə dərhal Fövqəladə Hallar Naziriyinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər isə içəri girməkdə çətinliklik çəkiblər. Onlar mənzilə pəncərənin şüşələrini sındıraraq daxil ola biliblər. Bundan sonra isə alovun qarşısı alınıb və yanğının qonşuluqdakı evlərə keçməsinə imkan verilməyib.

Alov söndürüləndən sonra isə xilasedicilər mənzildə halsız vəziyyətdə olan az yaşlı uşağı aşkar ediblər. Ona ilkin müdaxiləni yanğınsöndürənlər göstərib. Sonra isə zərərçəkən hadisə yerində olan təcii tibbi yardım briqadasının həkimlərinə təhvil verilib və o xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin istintaq və təhqiqat qrupu tərəfindən baxış keçirilib. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm