“Fənərbaxça”nın stadionunda Atatürkün imzası
Bizi izləyin

İdman

“Fənərbaxça”nın stadionunda Atatürkün imzası

“Fənərbaxça”nın stadionunda Atatürkün imzası

“Fənərbaxça”nın ev oyunlarını keçirdiyi “Şükrü Saracoğlu” stadionu Milli Suverenlik və Uşaq Bayramı çərçivəsində tarixi bir ana ev sahibliyi edib.

Publika.az xəbər verir ki, İstanbul klubunun aşağı yaş qrupu üzrə komandalarının üzvlərinin təşkilatçılığı ilə stadionda bir araya gələn 1907 nəfər vizual olaraq Atatürk imzasını yaradıb.

Tədbirdə klub rəsmiləri Turhan Şahin və Şekip Mosturoğlu, idarə heyətinin üzvü Yalçın Haker iştirak edib. Tədbirdə 1907 nəfərin iştirakına gəlincə, bu “Fənərbaxça”nın yaranma tarixini göstərir - 1907-ci il.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm