Bakıda neft çəni yanır - Fotolar - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Bakıda neft çəni yanır - Fotolar - YENİLƏNİB

Bakıda neft çəni yanır - Fotolar

Publika.az FHN-nin saytına istinadən bildirir ki, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində həcmi 2000 kub olan neft çənində yanğınla nəticələnən partlayış nəticəsində çənin içərisində olan neft qalıqları yanıb, yüksək temperaturdan çən deformasiyaya uğrayıb.

Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyi , Səbail rayonu Bayıl qəsəbəsində neft çənində baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühavizə Xidmətinin qüvvələri cəlb olunub .

Əlavə məlumat veriləcək.

***

Bakının Səbail rayonu Bayıl qəsəbəsində “Şvarsneft” şirkəti ərazisində neft çəni yanır.

Gün.Az-a bu barədə Səbail rayon yanğından mühafizə xidmətindən məlumat verilib.

Hadisə barədə saat 10:03-də məlumat daxil olub. Yanğın yerinə iki yanğınsöndürən maşın göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm